5 abituriyent ali məktəbə imtahansız qəbul olmaqdan imtina edib
Azia.az. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olmaq hüququ qazanan 5 abituriyent budan imtina edib.Bu barədə virtualaz.org-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Həmin abituriyentlər müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini bildiriblər.Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.