Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 19-da Rusiyanın Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.
Xəbər verilir ki, Prezident görüş zamanı otağında saxladığı heykəl haqda maraqlı faktları açıqlayıb.
“Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır”.
