Çayda bədənimizə təsir edən 8 reallıq
Dünyada və ölkəmizdə ən çox istifadə olunan içkilərdən olan qara çayın insan orqanizminə təsirləri barədə elmi araşdırmanın nəticələri məlum olub.
Xəbər verilir ki, mütəxəssislər müntəzəm qara çay qəbulunun bədəndə yaratdığı 8 əsas dəyişikliyi qruplaşdırıblar:
Ürək sağlamlığını qoruyur: Çayın tərkibindəki flavonoidlər və antioksidantlar qan təzyiqini və xolesterolu nizamlayaraq infarkt riskini azaldır.
Maddələr mübadiləsini sürətləndirir: Qara çay piylərin yanmasını stimullaşdırır və pəhriz zamanı çəki itkisinə kömək edir.
Zehni fokusu və diqqəti artırır: Tərkibindəki kofein və L-teanin aminturşusu beyin fəaliyyətini gücləndirərək gümrahlıq bəxş edir.
Mədədə turşuluq yarada bilər: Aç qarnına içilən tünd qara çay həzm sistemini qıcıqlandıraraq qıcqırma və pozuntulara yol açır.
Yuxu keyfiyyətini pozur: Axşam saatlarında həddindən artıq kofein qəbulu yuxuya getməyi çətinləşdirir və yuxusuzluğa səbəb olur.
Dişləri saraldır: Çayın tərkibindəki tannin maddəsi zamanla diş minasında qəhvəyi ləkələrin yaranmasına səbəb olur.
Dəmir sorulmasını azaldır: Yemək zamanı və ya dərhal sonra içilən çay bədənin qidalardan dəmir mənimsəməsinin qarşısını alır.
Maye itkisinə (dehidratasiya) səbəb ola bilər: Çay sidikqovucu xassəyə malik olduğu üçün normadan çox içildikdə bədəni susuz qoyur.
Həkimlər qara çayın faydalarından yararlanmaq və yan təsirlərindən qorunmaq üçün onu gündəlik normada (3-4 stəkan) və yeməklərdən ən azı yarım saat sonra istehlak etməyi tövsiyə edirlər.
Jalə