Məktəbli və tələbələr üçün xüsusi avtobuslar ayrılacaq
Azərbaycanda məktəblilər və tələbələr üçün “School Bus” xidməti fəaliyyət göstərəcək.
Azia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosunun efirində bildirib.
Onun sözlərinə görə, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələri ilə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur. Buna görə də hazırda qurum “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Eyni zamanda layihənin böyük hissəsinin tamamlandığı da qeyd olunub.