azia.az
azia.az

“Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib”

23-01-2017, 12:14

“Məhkəmə çəkişmələri Bakı-Tbilisi-Qars layihəsinin icrasını 3 il gecikdirib”Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının cari ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur

APA-ya istinadən bildiririk ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.

"Hal-hazırda dəmir yolu layihəsinin inşası ilə bağlı qızğın işlər gedir. Qış fəslinin də çətinliklərini nəzərə alsaq, mart və ya aprel ayında inşaat işlərini yekunlaşdırmağı planlaşdırırıq", - deyə nazir vurğulayıb.

Layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışan nazir deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: "Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi