azia.az
azia.az

Ekspert qəbul imtahanlarındakı ən böyük yenilik barədə

11-01-2019, 09:53

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, 9 və 11 illik təhsil bazasında kolleclərə, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında nəzərdə tutulan dəyişikliklər təsdiq edilib, amma hələ də “Abituriyent” jurnalı çap edilməyib.
Ekspert qəbul imtahanlarındakı ən böyük yenilik barədə
Dövlət İmtahan Mərkəzindən Azia.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydalarda dəyişikliklər ötən ay təsdiq olunub:

“Abituriyent” jurnalının 1 nömrəli buraxılışı yaxın vaxtlarda çap olunacaq. Hazırda üzərində iş gedir”.

Təhsil eksperti Kamran Əsədov saytımıza açıqlamasında bildirib ki, 2019-cu ildə kurikulum standartlarına uyğun olaraq keçiriləcək qəbul və buraxılış imtahanlarının nəticələri ciddi rezonans doğuracaq:

“Bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında tətbiq edilməsi nəzərdə tutulan yeni qaydalar Azərbaycanda həyata keçirilən islahatların məntiqi nəticəsidir. Təhsil Nazirliyinin bu məsələdən kənarda qalması düzgün deyil. Çünki Dövlət İmtahan Mərkəzi keçirdiyi imtahanlarda dövlətin qəbul etdiyi təhsil standartlarını yoxlayır. Amma bu standart Təhsil Nazirliyinə tabe olan orta məktəblərdə reallaşmır”.

“2019-cu ilin ən böyük yeniliyi imtahanda xarici dil biliklərinin yoxlanılması zamanı dinləmə tipli test tapşırıqlarının tətbiqi olacaq ki, bu da nəticələrin kəskin şəkildə aşağı düşməsi ilə müşahidə olunacaq. Çünki indiyə qədər Təhsil Nazirliyi bu istiqamətdə heç bir səmərəli iş görməyib, orta məktəblərdə dinləmə qurğuları qurulmayıb”, - deyə ekspert qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi