“Makiyaj ustaları məni otaqdan qovur”
“7 Canlı” verilişinin yeni sezonunun ilk qonağı Xalq artisti Röya Ayxan olub.
OLAY yazır ki, sənətçi proqram boyu etdiyi maraqlı açıqlamalarla yadda qalıb.
Son vaxtlar qatıldığı məkanlarda fata taxan müğənni verilişdə də ənənəsinə sadiq qalaraq fatadan istifadə edib.
Röya musiqi trendinə çevrilən “Dəli kimi” mahnısı barədə danışarkən “Yeni mahnı dinləyicilər tərəfindən seviləndə, mən sanki yenidən həyata gəlirəm”, - deyə, vurğulayıb.
İfaçı pərəstişkarları ilə başına gələn hadisələrdən də bəhs edib:
“Özüm özümü çox yoruram, bəzən olur ki, heç kimlə danışmaq istəmirəm… Dünən restoranda əyləşmişik, kefim də yaxşı deyildi. Bir xanım yaxınlaşdı, düz 10 dəqiqə danışdı. Dedim siz şəkil çəkdirmək istəyirdiz, gəlin çəkdirək, gedin. Xanım fərqli-fərqli mövzulardan danışır. Deyir, rəfiqəm gecikib deyə əsəbiləşmişəm, toyumda sizi görmək istəyirdim, amma çağırmadılar, yolda dayananda az qalsın maşın məni vururdu… Dedim, bacı, dərdini danışıb bitirdinsə, get, yeməyim buz kimi oldu, qoy yeməyimi yeyim (gülür).
Məni özləri kimi çox istəyirlər. Bir də gördünüz, salonda olanda biri gəlir ki, Röya xanım sizi çox istəyirəm. Sonra danışmağa başlayır ki, mən də boşandım. Deyirəm, heç nə olmaz (gülür). Kefim yaxşı olduqda salona gələndə gəlinlərə gözəl əhval-ruhiyyə verirəm. Dirənirəm ki, burda “liner” səhvdi, bunu düzəlt. Buna görə makiyaj ustaları məni otaqdan qovur”.