azia.az
azia.az

Tanınmış aktrisa əri ilə çimərlikdə öpüşdü, paparassilərə "hədəf" oldu - FOTO

28-07-2022, 08:46


Türkiyənin tanınmış aktrisası Deniz Baysal və həyat yoldaşı Barış Yurtçu istirahətə yollanıblar. Bildirilir ki, onlar Türkiyənin Çeşme bölgəsində tətil ediblər.
Daha sonra Kiprdə yerləşən İskeleyə gediblər. Orada dənizə baş vuran cütlüyün öpüşməkdən doymadığı romantik anlar da kameralardan yayınmayıb.
Tanınmış aktrisa əri ilə çimərlikdə öpüşdü, paparassilərə "hədəf" oldu - FOTO
Belə ki, bir-birini öpüşlərə qərq edən Deniz və Barış dənizin və günəşin dadını çıxarıblar. Denizin ərini ayağı ilə dənizə tərəf itələdiyi foto sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, aktrisa Deniz Baysal "Fazilet hanım ve kızları", "Teşiklat", "Söz" kimi məşhur seriallarda obrazlar yaradıb. Həyat yoldaşı Barış Yurtçu isə "Kolpa" musiqi qrupunun yaradıcılarından biridir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi