Aynişan izləyicisini ələ saldı - FOTO
Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva onu sevmədiyini deyən izləyicisini cavabsız qoymayıb.
BiG.AZ xəbər verir ki, gənc xanım Fransanın Paris şəhərinə səfər edib. Eyfel qülləsinin qarşısında çəkdirdiyi fotosunu "Have a nice weekend!" başlığı ilə instagram səhifəsində paylaşıb. Onu izləyən instagram istifadəçilərindən biri isə şərh bölməsinə "Səndən niyə heç xoşum gəlmir?" sözlərini yazıb.
Aynişan isə bu şərhin qarşısında səssiz qalmayıb və izləyicisinə cavab yazıb. Daha sonra isə həmin şərhi skrinşot edib, "Özünüzə mənəvi işgəncə verməyinizə qarşıyam" başlığı yazaraq gülüş ifadəsi ilə paylaşıb.