Nadir izləyicisini təhqir etdi:"Qoyun deyəndə, qoyunsan da"
Müğənni Nadir Qafarzadə mərhum xalq artisti İlhamə Quliyeva və həyat yoldaşı ilə fotosunu paylaşıb.
“Azia.az” xəbər verir ki, o 8 il əvvəlki görüntüsünü İnstaqram hesabında yerləşdirib. Lakin N.Qafarzadə növbəti dəfə tənqid atəşinə tutulub.
“Mosu__90” adlı istifadəçi “ Nadir bu şəkli paylaşmaqda məqsədi qarışmış aranı unutdurmaqdır. Milləti qoyun yerinə qoyublar elə bil. İndi bu şəklin nə yeri var idi? Bunun söhbəti gedir deyə, İlhamə xanımın fotosu niyə çıxdı ki?” şərhini yazıb. N.Qafarzadə həmin kommenti cavabsız qoymayıb:
“Qoyun deyəndə, qoyunsan da. Əsrlər boyu belə olub”.
Xatırladaq ki, bu günlərdə N.Qafarzadə və həmkarı Ayan Babakişiyevanın səmimi görüntüləri müzakirə olunur.