"Narkotik elə oğlanların başını yerə qoyub ki..." -tanınmış ifaçı canlı efirdə ağladı
Azia.az xəbər verir ki, sənətçi ötən ay dünyasını dəyişən mərhum klarnet ifaçısı Zahid Sabirabadlının ailəsinin çətin vəziyyətdən danışıb.
Müğənni Səidə Sultan ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olub.
Göz yaşlarına hakim ola bilməyən Səidə həmkarlarına səslənərək, mərhumun ailəsinə dəstək olmağa çağırıb. O, Zahidi narkoman adlandıranlarına söz atıb:
"Narkotik elə bir oğlanların başını yerə qoyub ki, gəl görəsən. O demək deyil ki, o insanı həyatdan silmək lazımdır. Bu, düzgün yanaşma deyil. Bu gün həmin insanların yanaşması da düzgün deyil. "Əşi, ona görə vermirəm". Mən sənət dostlarımdan xahiş edirəm, siz ki o musiqiçini çağırırdınız, sizin üçün hansısa musiqini ifa etsin, bax, həmin müğənni dostlara deyirəm, ayağa durun, 100-200 atışsaq, böyük pul deyil".
Qeyd edək ki, mərhum sənətçinin həyat yoldaşı Leyli "Bizimləsən" verilişinə gələrək kömək istəyib. Övladı ilə proqrama qatılan Leyli evinin ipoteka krediti üçün yardım olunmasını xahiş edib.
Xatırladaq ki, bir müddət əvvəl xalq artisti Aftandil İsrafilov Z.Sabirabadlıdan danışarkən onun narkotik maddədən dünyasını dəyişdiyi üçün yasına getmədiyini söyləyib.