"Əgər burada söhbət qadından gedirsə, o zaman o fahişə hesab edilməlidir"
Rusiyalı məşhur müğənni Tatyana Bulanova qalmaqallı açıqlaması ilə gündəm olub. O, cinsi təcavüz qurbanlarını fahişə adlandırıb.
Bu fikirləri sənətçi KP.RU-ya müsahibəsində bildirib. "Ümumiyyətlə, mənim üçün təcavüz sözü ayıb səslənir. Məşhur olursan və birdən bəyan edirsən ki, karyera naminə bu yola getmisən - o zaman sən kimsən? Əgər söhbət qadından gedirsə, o zaman o fahişə hesab edilməlidir. İstdiyin hədəfə və məqsədə çatmısan və indi heç nədən çəkinmədən deyirsən ki, səndən əl çəkmirdilər" deyə bəyan edib. Kişilərin emosional zorakılığı ilə üzləşdiyini etiraf edərək "allaha şükür, bu fiziki təzyiq deyildi: qarşılıqlı idi. Amma əxlaqi cəhətdən, bəli, mənə təzyiq edilib" deyib.
Anar Əli