Aygün Kazımova koronavirusa yoluxmasından danışdı - VİDEO
Xalq artisti Aygün Kazımova bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlayıb.
Azia.az xəbər verir ki, pop ulduz bu barədə öz instaqram səhifəsində məlumat verib.
Məşhur müğənni qeyd edib ki, xəstəliyin son üç gününü ağır keçirib:
"Mən də bir çoxlarınız kimi koronavirusa yoluxdum. Son 3 günü ağır keçirdim. Hərarətim 37 - 38.5 idi. Bədənim çox ağrıyırdı, özümü halsız və gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun mənə yazdığı müalicə sayəsində 10 gün ərzində sağaldım. Doğurdan da ağır xəstəlikdir. Özünüzü qoruyun. Bütün xəstələnənlərə şəfa diləyirəm”.