Qənirə Paşayevanın bacısının İstanbuldakı toyundan görüntülər - VİDEO
Millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayevanın Türkiyədə toy mərasimi baş tutub.
Azia.az News24.az-a istinadən xəbər verir ki, İstanbulda yerləşən Sait Halim Paşa Yalısında təşkil olunan toyda azərbaycanlı tanınmışlar da iştirak ediblər.
Məclisdə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan-Türkiyə qardaşlığından söz açıb.
Həmçinin monitorlarda hər iki ölkənin bayrağı nümayiş etdirilib.
Kəmalə Paşayeva Həsən adlı Türkiyə vətəndaşı ailə həyatı qurub. Gəlinin saç və makiyajını Anar Ağakişiyev edib. Toy mərasimində Türkiyənin tanınmış Enbe Orkestri də çıxış edib.
Toydan olan görüntüləri təqdim edirik: