Tünzalə Ağayeva üzərinə “press” yazılan zirehli gödəkcədəki fotosuna aydınlıq gətirdi
Bir müddət öncə cəbhə bölgəsinə gedən müğənni Tünzalə Ağayeva jurnalistlər üçün nəzərdə tutulan zirehli gödəkcəni geyinərək, foto çəkdirib və sözügedən fotonu sosial şəbəkədə paylaşıb.
Müğənninin üzərinə “press” yazılan gödəkcə geyinməsi birmənalı qarşılanmayıb və ifaçı tənqid olunub.
Bəs, müğənni özü bu haqda nə deyir? Onun jurnalistlər üçün nəzərdə tutulan zirehli jileti geyinməsi niyə bu qədər tənqid edildi?
Tünzalə Ağayeva Musavat.com-a bildirib ki, əslində o, jurnalistlərədə dəstəyini nümayiş etdirib:
“Cəbhə bölgəsinə əsgərlərimizə dəstək olmağa getmişdim. Orada jurnalistlərimizlə qarşılaşdım. Mən də o geyimdə foto çəkdirib, paylaşdım. Mənim fotomun bu qədər tənqid ediləcəyini düşünmürdüm. Məqsədim, cəbhə bölgəsində iş başında olan jurnalistlərimizə dəstək olmaq idi. Fotonu paylaşanda da öz dəstəyimi bildirmişdim. İnsanlar məni yanlış anladı”.