Avtomobillər qarşı tərəfə buraxılmır
Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmazın Xanoba keçid məntəqəsində kommersiya məqsədilə qonşu ölkəyə aparılan yüklərlə dolu avtomobillər hələ Rusiya tərəfə buraxılmayıb. İstiPress-in şimal bürosuna bu barədə Xaçmaz gömrük idarəsinin Xanoba gömrük keçid məntəqəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın bu keçid məntəqəsində qonşu ölkəyə bütün avtomobillər maneəsiz buraxılır.
Sadəcə, kommersiya məqsədilə aparılan yüklərlə dolu 10 avtomobil Rusiyaya buraxılmayıb, onların keçməsini təmin etmək üçün Azərbaycan gömrükçüləri rusiyalı həmkarları ilə danışıqları davam etdirirlər.
İstiPress