azia.az
azia.az

Pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bu aydan...

4-02-2022, 12:22

Pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bu aydan...
Yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizinin elan oluncağı gözlənilir. Eyni zamanda, əmək pensiyalarının həmin faizə indeksasiya olunacağı bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azia.az -a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən pensiya indeksasiya olunduqdan sonra artımlar həmin ilin ilk ayının pensiyasına da şamil olunur.

Deputat qeyd edib ki, indeksasiya ilə bağlı qərarın yanvarın sonu və ya fevralın əvvəlində verilməsinə, baxmayaraq, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur:

"Ona görə də rəsmi orta aylıq əməkhaqqındakı artım faizi Dövlət Statistika Komitəsi tərəfindən birinci ayın sonunda və ya ikinci ayın əvvəlində elan olunur. Burada bir ay fərq var və buna rəğmən qanunvericiliyə əsasən ilk ayda indeksasiya olunmalı və verilməlidir”.

V.Bayramov bildirib ki, artıq yanvar ayının pensiyaları ödənilib:

"Ona görə də mövcud qaydalara əsasən, fevral ayında pensiyalar verilən zaman yanvar ayındakı artım fevral ayındakı pensiyaya əlavə olunmalıdır. Fevral ayında veriləcək pensiya artımla birlikdə vətəndaşlara təqdim olunacaq”.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.
Mənbə: sfera.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi