azia.az
azia.az

2 saylı doğum evində nələr baş verir? Nazirin baş həkimə gücü çatmadı

24-09-2016, 11:20

2 saylı doğum evində nələr baş verir? Nazirin baş həkimə gücü çatmadı
Redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki 2 saylı doğum evindəki vəziyyətlə bağlı şikayət daxil olub

Orada yatan xəstələrdən biri bildirib ki, doğum evinin baş həkimi Mehriban Abasquliyeva dövlət xəstəxanasında palataları həkimlərə, sonuncular da xəstələrə satır. Belə ki, palatalar xəstəxanada çalışan həkimlər tərəfindən bir növ özəlləşdirilib.

Xalqxeber.Az-ın əməkdaşı bu məlumata aydınlıq gətirmək üçün sözügedən tibb müəssisəsində olub. Doğum evinin adının çəkilməsini istəməyən sanitarları əməkdaşımıza bildiriblər ki, doğum evində bir neçə yaxşı təmirli palatalar varki onları da baş həkim yalnız öz xəstələrinə bir növ icarəyə verir.

Xəstəxanada çalışanların verdiyi məlumata görə, özəlləşdirilmiş palatalar boş qalsa belə onlara digər həkimlərin xəstələrini yerləşdirmək olmaz. Belə ki, dövlət xəstəxanasında mənimsənilmiş otaqlar sanki baş həkimin xüsusi mülkiyyətidir.

2 saylı doğum evində çalışan sanitarlar isə qeyd edirlər ki, xəstəxanada mənimsənilmiş palatalardan savayı "yaxşı” və "pis” palatalar da var. Belə ki, "yaxşı palatalarda” qalmağın qiyməti 6 gün üçün 100-150 manatdır. "Pis” palatalarda qalmaq isə ümumi "haqq”a daxildir. Sanitarların dediyinə görə, "yaxşı” palatalar istilik sistemi, kondisioner, yaxşı yorğan-döşək, soyuducu, səliqəli tualet və s. özəllikləri ilə fərqlənir.

Həmin xəstəxanada yenicə ana olan (xəstənin adını etik səbəblərdən vermirik-red.) deyir: "Burada çalışan tibb bacıları və sanitarlar xəstələrdən bütün gün ərzində hər şeyə görə pul istəyir. Qohumlar-yaxınlar tərəfindən gətirilən nə sovqat varsa, xəstəyə yalnız "şirinlik”, "hörmət” müqabilində çatdırılır. Xəstələrin termosu da pulla doldurulur. "Şirinlik” adı altında adamı elə soyurlar ki, övlad sahibi olmağın sevincini də yaşaya bilmirsən”.

Xəstəxananın içində divara prezidentin "Xəstəxana pulsuz xidmət göstərməlidir” sözləri iri hərflərlə yazılıb asılsa da elə həmin şüarın vurulduğu divarın arxasındakı otaqda ultrasəs müayinəsinə görə hər xəstədən 20 manat alınır.

Bundan əlavə, hər həkim öz tabeliyində olan sanitara pasiyentləri məhz onun yanına gətirmək tapşırığı verir. Bunun üçün sanitarlar xəstəxananın həyətində dayanıb müştəri gözləyir, bir növ pusqu qururlar. Yaxınlaşan pasiyentlərə və onların yaxınlarına isə məhz öz həkimlərinin daha yaxşı olduğunu deməklə onu reklam edirlər. Təbii ki, "əl əli, əl də üzü...” prinsipi əsasında...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi