Bu universitetdə əməkhaqqı ARTIRILDI
Azərbaycan Dövlət İqtisad Universitetində əməkhaqqı artırılıb.
Azia.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov sosial şəbəkə hesabında məlumat verib.
"Elmi Şuranın qərarı ilə UNEC-də əməkhaqqı artırıldı. Artıq UNEC üzrə orta aylıq əməkhaqqı 1166 manat, o cümlədən pedaqoji heyət üzrə 1331 manat, inzibati və tədris-köməkçi heyət üzrə 1012 manat təşkil edir. Uğurlar!" - rektor yazıb.