azia.az
azia.az

"Alimentin ödənilməsi ilə bağlı məsələ problem olaraq qalır"

25-11-2021, 13:42

"Alimentin ödənilməsi ilə bağlı məsələ problem olaraq qalır"
“İlyarım ərzində 130 milyon manat aliment ödənilib”.

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova “25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı məsələ problem olaraq qalır: “Bu il alimentin ödənilməməsi ilə bağlı 400-ə yaxın cinayət işi qaldırılıb. Bunun nəticəsində 600 min manat məcburi aliment alınıb. Bu problem bizdə qabarıq şəkil alıb”.

A. Sabitova deyib ki, 2 ildə qeydə alınmayan 9 335 doğum aşkarlanıb. Onlardan 8 875 nəfərinə hüquqi yardım göstərilib.

İdarə rəisi bildirib ki, bu ilin 6 ayında erkən nikahla bağlı 51 nəfər müraciət edib. Onun sözlərinə görə, 6 ayda 65 mühafizə orderi verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi