azia.az
azia.az

“Qarabağ münaqişəsi Rumıniya üçün narahatlıq doğuran məsələ olaraq qalır”

24-11-2016, 11:56

“Qarabağ münaqişəsi Rumıniya üçün narahatlıq doğuran məsələ olaraq qalır”
APA-nın məlumatına görə, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib

Onun sözlərinə görə, Rumıniya və Azərbaycan arasında 2009-cu ildən ikitərəfli strateji tərəfdaşlıq çərçivəsində inkişaf edən çox sıx və ənənəvi dostluq münasibətləri var:

"Ötən 3 ildə ikitərəfli ticarət dövriyyəsində güclü artım qeydə alınıb. 2015-ci ildə bu rəqəm 161,3 milyon dollar olub ".

D. Yanku bildirib ki, səfirlik NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi kimi NATO ilə Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın dərinləşməsi istiqamətində də güclü iş aparıb.

Onun sözlərinə görə, sabit, firavan və təhlükəsiz qonşuluğun təmin edilməsi Rumıniya üçün çox vacibdir: "Rumıniya Aİ-nin Sərq qonşuluğuna yüksək diqqət ayırmasında fəal iştirak edir. Dağlıq Qarabağ da daxil olmaqla Şərq qonşuluğunda uzun müddətdir sürən münaqişələr Aİ-də Rumıniya diplomatiyası üçün hələ də narahatlıq doğuran və diqqət mərkəzində olan məsələ kimi qalır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi