XİN: "Məcburi köçkünlərin azad olunmuş ərazilərə geri qaytarılması üçün fəaliyyət davam etdirilir"
“Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından bu gün 300 gün keçir”.
“Azia.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində paylaşım edib.
“Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, - deyə məlumatda qeyd olunub.