azia.az
azia.az

Radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir - Deputat

1-02-2019, 14:07

Radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir - Deputat
Azia.az xəbər verir ki,Radikal müxalifətin "mitinq" keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmq, ictimai siyasi sabitliyi pozmaqdır.

Sonxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O bildirib ki, 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında" qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir:

"Hüquq mühafizə orqanları da asayışı pozmaq istəyənlərlə bağlı məsələnin öhdəsindən gəlir. Bunda başqa 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrum etmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, edilən dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var. Buna görə də qanunvericiliyə yenidən baxmağa ehtiyac var".

Ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün ilə xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sədri söyləyib ki, amma buna baxmayaraq, radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar:

"Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalq, Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər onlar zamanında heç olmasa öz yaşadıqları ərazini qoruya bilsəydilər bu qədər şəhid verməzdik. Naxçıvan blokada olsa da Ulu Öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar isə heç öz kəndlərini belə qoruya bilmədilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi