Rezidenturada məzunların 77 faizi 40 bal toplaya BİLMƏDİ
R
ezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələrinin təhlili əvvəlki illərin məzunlarının digər iştirakçılarla müqayisədə daha zəif nəticə göstərdiyini ortaya qoyub.
Xəbər verilir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Məlumata görə, IV və V kurs tələbələrinin 41,90 faizi imtahanda müsabiqə şərtini ödəyərək ən azı 40 bal toplayıb. Bu göstərici cari ilin məzunları arasında 33,57 faiz təşkil edib.Ən aşağı nəticə isə əvvəlki illərin məzunları arasında qeydə alınıb. Belə ki, onların yalnız 22,73 faizi müsabiqə şərtini ödəyə bilib.
Statistikaya əsasən, əvvəlki illərin məzunlarının 77,27faizi 40 baldan aşağı nəticə göstərdiyinə görə məqbul nəticə əldə edə bilməyib.
Aparılan təhlillər göstərir ki, əvvəlki illərin məzunlarının hazırlıq səviyyəsi IV və V kurs tələbələri, eləcə də cari ilin məzunları ilə müqayisədə daha aşağı olub (azedu.az).