Dogu Perinçekin ümidinə qalan Rusiya və Putin.
Bu gün Rusiyada tədris ilinin başlaması münasibəti ilə keçirilən tədbirdə virtual çəxış edənlərdən biri də Türkiyənin Vətən Partiyasının sədri Dogu Perinçek idi.
Siyasətlə az-çox maraqlanan azərbaycanlılar bilirlər ki,Dogu Perinçek Putinin adamı Aleksandr Duqinin müəllifi oldugu "Avrasiya Modeli"adlı geopolitik konsepsiyanın yılmaz müdafiəçilərindən biridir və Türkiyənin Avro-Atlantik geosiyasi qütbə inteqrasiyasına qarşı çıxır.Keçmiş maocu,stalinist Dogu Perinçekə görə,Türkiyə Yeni Dünya Nizamında(YDN)demokratik Qərbin yanında yox,avtoritar Rusiya,Çin,İran,Hindistan,Avrasiya İqtisadi İttifaqı,Şanxay Əməkdaşlıq Təşkilatı kimi ölkələrlə,qrumlarla eyni geopolitik blokda təmsil olunmalıdır.
Beləliklə,bu gün Moskvada keçirilən Yeni Təhsil Mövsümünün açılış mərasiminə virtual qatılan Dogu Perinçek rus gəncliyinə müraciət edib.Yeri gəlmişkən,mərasimdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov,prezident Vladimir Putinin müavinləri Sergey Kiriyenko,Andrey Fursenko,təhsil naziri Sergey Kravtsov,mədəniyyət naziri Olqa Lyubimova,Dmitri Peskov,Moskvanın meri Sergey Sobyanin və Mariya Zaxarova kimi şəxslər də iştirak edirdilər.
Türkiyəli siyasətçi Dogu Perinçek mərasimdəki çıxışında Avro-Atlantik geosiyasi qütbün çökməkdə oldugunu,ABŞ-ın dollar səltənətinin həyacan təbili çaldıgını,Türkiyənin Rusiya və Çinin qurmaqda oldugu yeni SWİFT ödəmə sisteminə üzv olmasının vacibliyini bildirdi.
Ümumiyyətlə,Dogu Perinçek Türkiyənin gələcəyini avtoritar dövlətlərin sırasında görür.Ən dəhşətlisi isə D.Perinçek Aleksandr Duqinin öldürülən qızını türk xalqının da şəhidi adlandırması oldu.Görünür,sayın D.Perinçek dostu A.Duqinin yazdıgı kitabları diqqətlə mütaliə etməyib.Əgər Duqinin kitablarını oxusaydı,belə kobud səhvə yol verməzdi.
Açıgı deyim ki,D.Perinçekin yalnız "Qarabag Azərbaycan torpagıdır"deməsini müsbət qarşıladım.Lakin onun Krımı Rusiya torpagı kimi görməsi bütövlükdə türk dövlətinin siyasətinə qarşı çıxmaq idi.Çünki,Türkiyə 2014-cü ildən Krımın Rusiya tərəfindən qanunsuz anneksiyasını həmişə bəyan etməkdədir.
Hətta Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoganın son bəyanatlarında da Krımın Ukraynanın ayrılmaz hissəsi oldugunu bəyan etdiyinə şahidlik edirik.
Bundan başqa,D.Perinçek olduqca təhlükəli bir ifadə işlədərək deyir ki,Türkiyə Abxaziyanın müstəqilliyini tanımalıdır.Ancaq kurnaz Perinçek həm də onu deyir ki,Rusiya da Şimali Kiprin müstəqilliyini tanımalıdır.
Əlbəttə,türk dövlətinin geopolitikasında balanslı siyasət anlayışı var.Və mən bu siyasi konsepsiyanı dövlətçilik çıxarları nöqteyi-nəzərindən konstruktiv görürəm.Lakin balanslı siyasi xətt o demək deyil ki,separatizmə haqq verəsən,onu dəstəkləyəsən.
Dogu Perinçek onu da dedi ki,bu gün Türkiyədə keçirilən rəy sorgularının nəticəlırinə görə,türk xalqının ruslara və çinlilərə böyük sevgisi(?)var.Açıgı mən Perinçekin dediyi rəy sorgularından xəbərim yoxdur və buna inanmıram.Bir maraqlı məqamda bu,oldu ki,D.Perinçek Orxan Pamuku ABŞ imperializminin yazıçısı adlandırdı.Xüsusilə,D.Perinçek Orxan Pamukun "Vəba Gecələri"romanının populyarlıgını qlobal reklamın acı meyvəsi adlandırdı.
Nəticə olaraq onu vurgulayım ki,V.Putinin qosqoca Rusiyası Dogu Perinçek kimi birinin ümidinə qaldısa,vəziyyət heç də yaxşı deyil.
Kamal Aliyev, Politoloq