azia.az
azia.az

 Ermənilərin Laçın VANDALLIĞI: - "Azərbaycan müdaxilə etməlidir"

20-06-2022, 20:18

  Ermənilərin Laçın VANDALLIĞI: - "Azərbaycan müdaxilə etməlidir"
“Azərbaycan tərəfi ermənilərin boşboğazlığına yox, hazırkı talançılıqlarına müdaxilə etməlidir”. Azia.az xəbər verir ki, bu sözləri Laçın dəhlizinə alternativ yolun çəkilişi, Laçından çıxmalı olan ermənilərin şəhəri talaması və Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Azərbaycan talançılıqla bağlı məsələləri faktlaşdırıb Rusiya Müdafiə Nazirliyinə, sülhməramlıların komandanlığına verməli və bunun qarşısının alınmasını təmin etməlidir:

“Azərbaycan torpaqları yağmalanır. Azərbaycan tərəfi müraciət etdikdən sonra nəticə görməsə, dərhal müdaxilə etməlidir, antiterror əməliyyatı aparmalıdır. Zənnimcə, qəti hərəkətlərin vaxtı çatıb.

Bəzi ermənilər deyir ki, Laçını türklərə verməyəcəklər. Onlar çox söz danışırlar. Qarabağı da verməyəcəkdilər. Boş danışırlar. Azərbaycan tərəfi onların boşboğazlığına yox, hazırkı talançılıqlarına müdaxilə etməlidir. Laçın ikinci Kəlbəcər olmamalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi