azia.az
azia.az

“Laçın yolu hər an kəsilə bilər... — Azərbaycan aktiv şəkildə alternativ yol çəkir...” — “Hraparak”

7-04-2022, 16:32

“Laçın yolu hər an kəsilə bilər... — Azərbaycan aktiv şəkildə alternativ yol çəkir...” — “Hraparak”
Bu yol çəkilənə qədər Rusiya tərəfi Laçın dəhlizində öz mövcudluğunu saxlamaq üçün əlindən gələni edəcək..."

“Azərbaycan aktiv şəkildə Laçından keçən yola alternativ yol çəkir. Sünikdən(Qərbi Zəngəzur-S.L.) bizə məlumat verdilər ki, Tex(Dığ-S.L.), Xndzoreskdən(Xınzirək-S.L.) keçməli olan alternativ yol,demək olar ki, başa çatıb".

Demokrat.az xəbər verir ki, bu səhər Ermənistanın “Hraparak” nəşrində təqdim olunmuş “Azərbaycan aktiv şəkildə alternativ yol çəkir. Laçın yolu istənilən an kəsilə bilər” başlıqlı yazıda belə deyilir.

Materialda qeyd edilir ki, Azərbaycan mənbələrinin məlumatına görə, Laçın dəhlizinə alternativ yol Ermənistanın Sünik rayonunun Gorunzur kəndindən başlayacaq Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq. Bəs Azərbaycan bu yolu çəkməklə hansı üstünlüklərə nail olmağa çalışır?" - deyə erməni qəzeti sual edir.

"Fakt budur ki, Laçın dəhlizi Laçın şəhərindən keçir və Rusiya sülhməramlılarının bir hissəsi həmin rayon mərkəzindədir. Alternativ yolun çəkilməsinin məqsədlərindən biri də onun Laçından keçməməsidir. Beləliklə, Azərbaycan sülhməramlıları şəhərdən çıxara və Ermənistanla Qarabağı birləşdirən dəhlizin sahibi ola bilər. Məhz bu məqsədlə azərbaycanlılar nəzarət etdikləri ərazidə fəal işləyirlər... Bu hissədə işlər, demək olar ki, başa çatıb, onlar tezliklə bu yolun keçməli olduğu Qarabağ kəndlərinə çatacaqlar. Burada isə işi Ermənistan və ya Rusiya tərəfi görməlidir.

Məsələ burasındadır ki, üçtərəfli bəyanatda yolun çəkiliş xərclərini hansı tərəfin çəkəcəyi qeyd olunmayıb. Qeyd etdiyimiz kimi, Azərbaycan bu yolun çəkilməsində maraqlıdır. Bəs Qarabağda yolun tikintisinə başlanılıbmı?". Erməni qəzeti qeyd edir ki, Xankəndindəki separatçı-terrorçu rejimin aparatında bu suala cavab vermək istəməyiblər.

“Əldə etdiyimiz məlumata görə, Rusiya tərəfi bu məsələ ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb. Bizə məlumat verilib ki, Azərbaycan hakimiyyəti alternativ yolu çəkənə qədər Rusiya tərəfi Laçın dəhlizində öz mövcudluğunu saxlamaq üçün əlindən gələni edəcək. Bunun alternativu Qarabağın Azərbaycana verilməsi olardı” - erməni nəşri belə yazır.

Yazının sonunda Dığ kənd icması ağsaqqallar şurasının müxalifətçi üzvü Masis Zeynalyana istinadla qeyd edilir:

“Alternativ yol demək olar ki, hazırdır və Laçına gedən yol hər an kəsilə bilər. Hələ asfalt çəkilməyib, amma hazırdır, yaxşı qrunt yoldur...”

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi