azia.az
azia.az

"Laçın dəhlizinə alternativ yol iyulun 1-də istifadəyə veriləcək..." - Ermənistan təşvişdə...

23-04-2022, 10:09

"Laçın dəhlizinə alternativ yol iyulun 1-də istifadəyə veriləcək..." - Ermənistan təşvişdə...
"Azərbaycan tərəfindən Ermənistanı Qarabağla birləşdirən yeni dolama yolun istifadəyə verilməsi bu il iyulun 1-ə planlaşdırılır". Bunu qəsbkar ölkənin “Şərəf duyuram” parlament fraksiyasının deputatı Tiqran Abramyan erməni mediasına açıqlamasında bildirib.

"Laçından(Abramyan "Berdzor" deyir-S.L.) keçən mövcud yola alternativ yolun tikintisi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulub. Bakıda isə məlum səbəblərdən bu bəndi tez bir zamanda icra etməyə tələsirlər. Bakının məqsədi Laçından yan keçməkdir ki, şəhər tam olaraq onların nəzarətinə keçsin. Çünki alternativ yolun yaranması nəticəsində Rusiya sülhməramlılarının patrul marşrutu da dəyişəcək... Müvafiq olaraq Ermənistan və Artsax arasında yerüstü əlaqənin təmin edilməsi baxımından biz bugünkündən xeyli çətin vəziyyətə düşəcəyik”, - deyə Ermənistan deputatı vurğulayıb.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi