Paşinyanın səfiri Xankəndidə: Qarabağ erməniləri bunu qəbul etməlidir, ara qarışdı…
Səfir Edmon Marukyan Xankəndidə ermənilərin “Qarabağ Azərbaycanın bir hissəsi olmayacağını deyə bilərmi” sualını cavabsız qoyub.
Azia.az “haraparak”a istinadən xəbər verir ki, Paşinyan səfir Marukyanı Xankəndidəki separatçılarla görüşüb yaranmış durumu müzakirə etməyə göndərib.
Bir qrup erməni Xankəndinə səfər edən Marukyanla görüşüb və ondan “Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını deyə bilərmi”sualına cavab almaq istəyiblər. Lakin Marukyan jurnalistlərin bu sualını cavabsız buraxıb: “Müsahibə vermirəm, sizin fraksiya rəhbəri iclasa dəvət olunub, suallar orada cavab veriləcək”.
Onun bu cavabından sonra bina qarşısına toplaşan bir qrup erməni Marukyanın ünvanına “satqın” şüarları səsləndiriblər.
Hətta ora toplaşan ermənilərlə görüş tələb etsə də, Marukyan onlarla açıq görüş keçirmək təklifini rədd edib, ancaq onlardan 5-6-nı kamerasız qəbul etməyə hazır olduğunu bildirib.
Təqribən 2 saat görüş keçirən səfir Marukyan Qarabağ ermənilərini maraqlandıran suallara cavab verməyərək görüş yerini tərk edib. Maraqlıdır ki, oradakı ermənilərin diqqətini yayındırmaq üçün hətta Edmon Marukyanın avtomobili də dəyişdirilib. Belə ki, Marukyan görüş keçirilən binaya gəldiyi maşınla getdiyi fərqli olub.