azia.az
azia.az

Erməni mediası: Gorus-Qafan yolunda insident baş verib - İRƏVAN QARIŞDI

19-10-2021, 08:28


Erməni mediası Gorus-Qafan magistralında insidentin baş verdiyi barədə xəbər yayıb.
Erməni mediası: Gorus-Qafan yolunda insident baş verib - İRƏVAN QARIŞDI
Xəbər verilir ki, bu barədə Yerevan Today-ın xəbərində bildirilir. Azərbaycanın yol polisi erməni sürücüdən inzibati xətaya əsaslanaraq, cərimə yazıb. “Ermənistan vətəndaşları cərimələri Azərbaycan Baş Dövlət Yol Polisi İdarəsinin saytında onlayn olaraq ödəyə bilərlər”, xəbərdə deyilir. Əlavə olunur ki, Ermənistan vətəndaşları cəriməni ödəmədiyi halda, avtomobili magistralda saxlanılacaq və cərimə meydançasına aparılacaq. Erməni tərəf sürücüyə cərimənin hansı qayda pozuntusuna görə yazıldığını açıqlamayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi