azia.az
azia.az

ABŞ bu dəfə Türkiyə və Yunanıstanı qarşı-qarşıya gətirərmi?

18-05-2022, 07:20

ABŞ bu dəfə Türkiyə və Yunanıstanı qarşı-qarşıya gətirərmi?
ABŞ bu dəfə Türkiyə və Yunanıstanı qarşı-qarşıya gətirərmi?
Əvvəlcə Türkiyə Respublikasının "Mavi Vətən"strateji konsepsiyasından başlayım.Bu geosiyasi və geostrateji konsepsiya Türkiyənin Qara dəniz,Egey dənizi və Aralıq dənizində ona aid olan iqtisadi sektorlardır.Yəni,bu,Türkiyənin adı çəkilən su hövzələrindən səlahiyyət bölgüsüdür və ona aid olan qitə sahəsidir.
Belə ki,"Mavi Vətən"konsepsiyasını 2006-cı ildə admiral Cem Gürdəniz səsləndirdi.Daha sonra admiral,dos.dr.Cihad Yaycı bu konsepsiyanı daha geniş formada hazırladı.
Hal-hazırda Türkiyə hər üç dənizdə özünə aid sektorda neft və qaz araşdırmaları ilə məşguldur.
Gələk mövzumuza.
Deməli,Yunanıstanın baş naziri Kiriyakos Miçotakis dünəndən ABŞ-da səfərdədir.K.Miçotakis Ag Evdə ABŞ prezidenti Cozef Baydenə Türkiyənin "Mavi Vətən"konsepsiyasını göstərir və Ankaranı Sem dayısına şikayət edir.Yunanıstan bir müddətdir ki,ərazisini,ələlxüsus,Türkiyə ilə sərhəd olan şərq bölgələrini faktiki olaraq ABŞ hərbi bazalarına peşkəş edib.Bu gün faktiki olaraq,Yunanıstan ərazisi ABŞ hərbi bazalarının poliqonuna çevrilib.ABŞ bu dəfə Türkiyə və Yunanıstanı qarşı-qarşıya gətirərmi?
Üstəlik,Yunanıstan Fransa ilə imzaladıgı hərbi müqaviləyə əsasən,bu ölkədən xeyli sayda "Rafael"qırıcı bombardımançı təyyarələr alıb.Maraqlıdır ki,Yunanıstan və Fransa arasında imzalanmış sənəddə bir maddə də var ki,orada hətta bir NATO üzvü bu ölkəyə hücum etsə belə,Paris Afinanı tək qoymayacaq.Təbii ki,bu maddənin əsas hədəfi Türkiyədir.
Ümumiyyətlə,Yunanıstan kasıb və heç bir iqtisadi perspektivi olmayan Cənubi Avropa ölkəsidir.Bundan əlavə,yunanlar Avropanın ən təmbəl toplumlarından biridirlər.
Və bundan istifadə edən ABŞ və Fransa Yunanıstanı bəsləyirlər ki,gələcəkdə Türkiyə ilə üz-üzə gətirsinlər.Baxmayaraq ki,Yunanıstan 4 əsr Osmanlı İmperiyasının əyalətlərindən biri olub,ancaq hələ də bu ölkə Türkiyənin qərb bölgələrini,İstanbulu özünkü sayır.
Nəysə...
Gələk Miçotakisin davam edən ABŞ səfərinə.O,bu gün ABŞ Konqresində çıxışında deyir ki,Türkiyə bizə aid olan dənizlərdəki sektorlarımıza sahib çıxır.K.Miçotakis sonra da deyir ki,onlar əsla Kipr adasında iki dövlətli sistemi qəbul etməyəcəklər.
Yeri gəlmişkən,Türkiyə 1974-cü ildə Kipr adasındakı etnik türkləri yerli yunanların "Enozis"hərəkatından qorumaq üçün bu əraziyə hərbi müdaxilə etmişdi.ABŞ daha sonra Türkiyəyə silah embarqosu tətbiq etmişdi və bunun ən böyük dəstəkçilərindən biri də gənc senator Cozef Bayden idi.
Bu gün K.Miçotakis ABŞ Konqresində Türkiyəni ittiham edərkən,bütün konqresmenlər ayaqüstü onu alqışladılar.Əlbəttə,tribunada olan vitse-prezident Kamala Harris və spiker Nensi Pelosi də alqışlayanlardan biri idi.
Bir şey ehtimal olunur ki,ABŞ bu gün Ukraynanı qaza gətirib diktator Putinin önünə atdıgı kimi,gələcəkdə Yunanıstan və Türkiyə arasında da "qiyamət"qopara bilər.Bu təhlükəni əsla gözardı etməməlidir Türkiyə və buna maksimum hazırlıqlı olmalıdır.
Aşagıdakı xəritələr Türkiyə və Yunanıstanın iddia etdiyi dəniz sərhədləri və dəniz qitə sahələridir.

Kamal Aliyev, politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi