Makron Türkiyənin qarşısında GERİ ÇƏKİLDİ: “Cəsarəti çatmad
“Fransa və Yunanıstan arasında hərbi anlaşma imzalanıb. Amma Fransa bu anlaşmada Türkiyə ilə üz-üzə qaldığı sahələrdə Yunanıstanı tək qoyur”.
Azerforum.com xəbər verir ki, bunu Yunanıstanın “Siriza” partiyasının sözçüsü Nassos İliopulos deyib.
Siyasətçi qeyd edib ki, Fransa Aralıq dənizinin şərqi və Egey kimi su hövzələrində Türkiyə ilə üz-üzə qalacağı təqdirdə, Yunanıstana hərbi yardım edəcəyinə zəmanət verməyib.
“Siriza” lideri, sabiq baş nazir Aleksis Çipras da hərbi müqavilənin dənizlərdə Türkiyə ilə ehtimal olunan qarşıdurmada Fransanın Yunanıstana kömək etmək öhdəliyi daşımadığını söyləyib.
Sabiq baş nazir Yunanıstan hökumətini xalqı aldatmaqda ittiham edib.
Yunan mediası isə Fransa Prezidenti Emmanuel Makronu Türkiyədən qorxmaqda ittiham edib.
“Makron Türkiyənin qarşısına çıxa bilmədi”, - məlumatda qeyd olunub.
Fransa və Yunanıstan arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sazişin imzalanmasından sonra açıqlama verən Yunanıstan Baş naziri Kiriakos Miçotakis Türkiyə ilə silahlı qarşıdurma vəziyyətində Fransanın ölkəsinə hərbi yardım edəcəyini demişdi.// teleqraf