azia.az
azia.az

"Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil" - deputat

19-04-2022, 23:34

"Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil" - deputat

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya səfəri siyasi kuluarlarda fərqli müzakirələrə səbəb olub. Paşinyanın Brüssel görüşündən sonra səsləndirdiyi fikirlər, o cümlədən Gümrüyə etdiyi səfər çərçivəsində verdiyi açıqlamalar müxalif erməni mətbuatında böyük səs-küyə səbəb olub. "Hraparak" və digər müxalif yönümlü saytların yazdığına görə, Paşinyanın Rusiya səfəri Gümrüdəki rus ordusunun - 102 və 62-ci motoatıcı alaylarının - çıxarılması üçün edilib. Belə bir fikir də var ki, Paşinyanın Kremlə səfəri Putinin onu tənbehləməsi nəticəsində baş tutub və Ukrayna müharibəsindən sonra itirdiyi təşəbbüsü ələ alamaq niyəti ilə edilib. DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a millət vəkili Bəhruz Məhərrəmov açıqlama verib.

"Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil" - Deputatdan AÇIQLAMAO bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskva təmasları həssas bir dönəmə təsadüf edir:

"Hesab edirəm ki, real situasiyanı şərh etmədən bu səfər barədə fikir yürütmək doğru deyil. İlk vacib reallıq ondan ibarətdir ki, Azərbaycan qalib tərəfdir. Artıq İrəvana zamanında havadarlıq edən tərəflər belə, bu reallığı qəbul edir.

Bölgədə marağı olan hər kəs Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bakının fikri ilə hesablaşılır və əlbəttə, bu fonda zaman Azərbaycanın lehinə işləyir.

Ermənistan isə məğlubdur, siyasi və iqtisadi cəhətdən dalandadır. Kifayət qədər radikal və təcavüzkar mahiyyətə malik, təcavüzkar "yeni müharibə və yeni ərazilər" ideologiyası ilə siyasətə gələn Paşinyanın komandası da artıq bu reallığı anlayır. Son günlər Paşinyanın və hakim partiyanı Parlamentdə təmsil edən deputatların praqmatik xarakterli bəyanatları da onu göstərir ki, İrəvan artıq erməni xalqına miskinlikdən başqa bir şey verməyən Qarabağ siyasətini dəyişmək niyyətindədir.

Lakin son iki gündə İrəvanda başlanan aksiyalar, diaspor fəallarından Paşinyanın ünvanına təhdidlər, habelə separatçıların rəhbərlərinin təcavüzkar notları bu prosesin asan reallaşmayacağını göstərir. Moskva səfəri də məhz belə bir gərgin ab-havada baş tutur.

Açığı, Paşinyanın Parlamentin son iclasında tutduğu mövqeyini Moskvada davam etdirə biləcəyinə inanmıram. Lakin, Bakının hərbi-siyasi imkanlarını nəzərə alsaq, proseslərin axarı mənfiyə doğru dəyişsə, yeganə uduzan tərəf Ermənistan və haylar olacaq".

Separatçıların lideri Araik Arutyunyanın Paşinyanla görüşündə verdiyi açıqlamalara isə ekspert belə münasibət bildirib:

"Separatçıların bəyanatına gəldikdə, ümumiyyətlə, Azərbaycan üçün cinayətkarların fikri önəmli deyil. Bizim üçün Araikin fikirləri yalnız o, məhkəmə qaydasında ittiham edilərkən təqsirləndirilən şəxsin hüquqları çərçivəsində önəm daşıya bilər. İndiki halda onun mövqelərdən çəkilib-çəkilməyəcəyinə dair sərsəm bəyanatlarının nə siyasi, nə də hərbi çəkisi yoxdur. Müsbət haldır ki, son dövrlər İrəvandan səslənən bəyanatlar da onu göstərir ki, artıq separatçıların mövqeyi Ermənistan hakimiyyəti üçün də önəmli deyil. İrəvan tezliklə məhv ediləcək quldur dəstənin, hərbi xuntanın maraqları naminə erməni xalqını təhlükəyə atmamalıdır. Çox inandırıcı olmasa da, Paşinyanın Moskva görüşündə bu mövqeyini qoruması Ermənistanın taleyini müsbət mənada dəyişə bilər".

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi