azia.az
azia.az

“Rusiya savaşdan qalib çıxacaq, amma xəyanəti unutmayacaq” — Politoloqdan QALMAQALLI AÇIQLAMA

21-03-2022, 00:37


“Qurd qışdan sağ çıxar, amma ayazı unutmaz! Rusiya heç şübhəsiz bu savaşdan da qalib çıxacaq, amma xəyanəti unutmayacaq. Hər halda, təxminim belədir. Qarşısında duranları da, yanında olanları da bir daha tanıdı”.
“Rusiya savaşdan qalib çıxacaq, amma xəyanəti unutmayacaq” — Politoloqdan QALMAQALLI AÇIQLAMA
Azia.az bildirir ki, Demokrat.az-ın xəbərinə görə, bunu politoloq Nəzakət Məmmədova bildirib. N.Məmmədova qeyd edib ki, bəzi azərbaycanlıların dünya siyasəti təfəkkürü yetəri qədər inkişaf etmədiyindən və ya öz şəxsi mənfəətini xalq, dövlət mənafeyindən üstün tutduqlarından yaxın qonşunu uzaq yadellilərin - bizi 3-cü növ insan kimi görənlərin ayağına veriblər: “44 gün ölüm-dirim savaşı aparıb minlərlə insanın həyatı bahasına başa gələn qələbəni görməzdən gələrək, Qarabağda ermənilərə status tələb edən Qərbin yanında yer almaq nə deməkdir?! Rusiya adı gələndə 20 yanvar, Xocalı deyənlər, niyə Qərb adı gələndə 44 günlük savaşın nəticələrini tanımayan tərəf demirsiz?! 20 Yanvar, Xocalı faciəsində ölənlərin sayından daha çox, 44 günlük savaşda insanlarımız həlak olmadımı?! Ermənilərə status verdirmək üçün yaxamıza çökən Qərb onların xatirəsinə hörmətsizlik etmirmi?! Belə çıxır ki, bunlar 3 min şəhidin yarıda qırılmış cavan ömürlərinin hansı amal uğrunda itirməsini görməzdən gəlib, dediklərini etdirmək istəyəcək, bizim Qərbpərəstlər də onlara züy tutacaqlar?! Niyə Qərb ölkələrinin heç birinin səfirliyi qarşısında etiraz aksiyası keçirmədiz, ay "demokratlar"?! Bizə Ukrayna lazımdır, yoxsa Qarabağ?! Deyir, Azərbaycanın taleyi Ukraynada həll olunur. Bəli, düz deyirsiz. Qərb Ukraynada qələbə qazansaydı, sonra da gəlib Qarabağda rus qoşunlarını çıxarıb status məsələsini açacaqdı ermənilər üçün. Ermənilərə baxıram, əksəriyyəti profillərinə rus bayraqları qoyublar. Rusiyaya dəstək qruplarında öz dəstəklərini bildirirlər. Adamlar zəmanənin nəbzini hər zaman tutub, ilanlar zəlzələni qabaqcadan hiss edən kimi, bunlar da gücün, hegemonluğun küləyinin gec-tez şimaldan gəldiyini bilib, ona doğru üz tutublar. Azərbaycanlıların bir çoxu FETO-ya, Sorosa, Qərb imperializminin hiyləsinə uyub bu qədər Rusiyaya qarşı çıxmasaydılar... Bu, yaxşı heç nə vəd eləmir. Demokratiyadan, söz azadlığından, Qərb dəyərlərindən bəh-bəhlə dəm vuranlar, barbarcasına əks düşünənlər üzərinə hücuma keçdilər. Bunlar virtual əks fikrə dözə bilmirlər, gör, Allah eləməmiş əllərinə 1 günlük hakimiyyət keçsə, nələr edərlər. Bu, onların son çırpıntıları idi, ona görə belə quduzlaşmışdılar. 22 fevral sazişi bizim strateji seçimimizi təsbit etdi. Fikrimcə, Prezident Əliyevin ən doğru xarici siyasət qərarlarından biri bu saziş oldu. Və əks tərəf “faş” əmrinin dərhal icrasına keçdi. Sanki Armaqeddon savaşında uduzmuş Dəccalın ordusu idilər. Finita la commedia! Baydenə Baba deyənlər anlayır ki, Soros Gürcüstanda, Ermənistanda öz adamlarını gətirdi, axıra qədər duruş gətirə bilmədilər. Belarusda ümumiyyətlə cəhdləri iflasa uğradı, Ukraynada nəticə göz qarşısındadır. Bu coğrafiyanın tək hakim gücü var, istəsəz də, istəməsəz də, bu, reallıqdır. Dünya siyasətini biz şəkilləndirmirik, böyük oyunu biz qurmuruq, qaydaları biz qoymuruq, ən yaxşı halda, o qaydalar çərçivəsində özümüz üçün ən uyğun gedişləri edib, zərər görməməyə çalışırıq. İlham Əliyev böyük siyasətdə mahir qrossmeysterdir. Onun yerinə avantürist bir dövlət başçısı olsaydı, ölkədə vəziyyət xeyli ağır olardı. Son hadisələrdən gəldiyim nəticə hələ ki, bundan ibarətdi”.

N.Məmmədovanın Rusiyaya dəstək yazısı müzakirələrə səbəb olub. Onu sosial şəbəkələrdə ciddi tənqid ediblər, hətta “5-ci kolon” adlandıranlar da olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi