azia.az
azia.az

"Bu şəxslər öz ərizəsi ilə işdən çıxdıqda belə müavinət ala bilərlər" - Deputat açıqladı

20-12-2021, 16:08

"Bu şəxslər öz ərizəsi ilə işdən çıxdıqda belə müavinət ala bilərlər" - Deputat açıqladı
"Gələcəkdə öz ərizəsi ilə işdən çıxanlar da müəyyən müddət sığorta ilə müavinət ala bilər".

Azia.az xəbər verir ki, bunu deputat Musa Quliyev bildirib.

Deputat bu mövzu istiqamətində Dövlət Məşğulluq Agentliyində müzakirələrin aparıldığını qeyd edib:

"2018-ci ilədək elə bir imkan var idi ki, işdən öz ərizəsi ilə çıxan şəxslər də müavinət alırdı. 2018-ci ildən sonra işsizlikdən sığortaya sığorta prinsipi ilə yanaşmaya üstünlük verildi. Öz ərizəsi ilə işdən çıxmaq isə sığorta hadisəsi olmadığı üçün belə insanlara imkan tanınmadı. Gələkdə öz ərizəsi ilə işdən çıxanlar olarsa, onlara da müəyyən müddət sosial müavinət ayrıla bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi