“İşçilərin bir çoxunu ərizə yazmağa məcbur edirlər”
“Pandemiya dövründə ölkədə 327 425 nəfər işdən çıxıb. Onlardan 5701 nəfəri bilavasitə ştatların ixtisarı nəticəsində işdən çıxıb. 267 900 nəfər isə öz ərizəsi ilə işdən çıxıb”.
Pravda.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə deyib.
O qeyd edib ki, pandemiyanın davam etdiyi dövrdə kimsə öz ərizəsi ilə işdən çıxmaz: “Demək ki, bu, şişirdilmiş rəqəmlərdir. Bu cür statiskalar işsizlikdən əziyyət çəkən insanlara ikiqat zərbə vurur.
İşsizlikdən sığorta haqqında qanunvericiliyin tətbiqi ona gətirib ki, işçilərin bir çoxunu ərizə yazmağa məcbur edirlər və bunlar da bunun əvəzində heç bir ödəniş almayıb”.