"Semaşko"nun baş həkimi işdən çıxdı
1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) baş həkimi işdən çıxıb. Həkim Sabit Hüseynzadə öz ərizəsi ilə işdən uzaqlaşıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Onun sözlərinə görə, baş həkim işdən çıxarılmayıb, özü istefa ərizəsi yazıb. "Onun yerinə hələlik təyinat olmayıb. Ancaq baş həkimin vəzifəsini müvəqqəti olaraq xəstəxananın II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşov icra edir. Onun baş həkim təyin ediləcəyi də istisna edilmir".
S.Hüseynzadə ötən il sentyabrın 2-də vəzifəyə təyin olunmuşdu. Bundan öncə o, Kliniki Tibbi Mərkəzin qəbul şöbəsinin müdiri olub.