azia.az
azia.az

“Gedəcəm İrəvana, oradan da Türkiyəyə...” – Deputat AZAL-ın qiymət siyasətini tənqid etdi

14-12-2021, 15:43

“Gedəcəm İrəvana, oradan da Türkiyəyə...” – Deputat AZAL-ın qiymət siyasətini tənqid etdi
"O gün baxıram ki, oteldə bir gecə üçün qiymət 1750 manatdır. Bu mənim bir aylıq maaşımdır. Mən gedərəm ora?”.

Azia.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin plenar iclasında bildirib. Millət vəkilir AZAL QSC-nin qiymətlərindən narazılığını isə belə ifadə edib:

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İrəvandan İstanbula reys açdıqlarını bildirib. Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın. Gedəcəm İrəvana, oradan da Türkiyəyə. Yaxud da Tiflisdən uçacam Türkiyəyə. Benzin, dizel bizim... Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra- qaldıra getsin. Allahın bir dənə "Zirə” komandasını da saxlaya bilmədi”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi