Cahangir Əsgərovun AZAL-ı 208 milyon ziyan edib, qızlarının isə xaricdəki şirkətləri: 60 milyon dollarlıq aktivlər...
Məlum olub ki, AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb.
Savash.org xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində yazıb.
O bildirib ki, buna rəğmən, AZAL prezidentinin qızı Mila (Məlahət) Əsgərovanın Britaniyadakı GAZELLI ART HOUSE LIMITED şirkətinin 1 oktyabr 2018-ci ildə reyestrə daxil olan maliyyə sənədlərinə görə, qarışıq aktivlərinin həcmi 31 milyon 495 min 464 funt sterlinq və ya 41 milyon dollar olub: "Yaxud o biri qızı Cəmilə Əsgərovanın GAZELLI INTERNATIONAL LIMITED şirkətinin 31 oktyabr 2017-ci ilə aid maliyyə hesabatına görə, şirkətin ümumi aktivlərinin həcmi 14 miyon 141 min 159 funt sterlinq və ya 18.4 milyon dollar təşkil edib. ![]()

![]()
İki şirkətin cəmi aktivləri 60 milyon dollar, yaxud 102 milyon manatdır.
Bir də üstəlik, əcnəbi damadlarının biznesi...![]()
AZAL-ın və onun patronajlığı altında olan BUTA-nın 208 milyonluq zərərində təəccüblü nə var?!
Şəxsən mənim üçün təəccüblü o xəbər olardı ki, AZAL bircə ili mənfəətlə başa vurnuş olsun. Hələ sevinək ki, təyyarələri sağ-salamat uçur".