azia.az
azia.az

"Qarakənd" terroru ilə "Qaraheybət" hadisəsini eyniləşdirmək olmaz - DEPUTAT

14-12-2021, 11:51

"Qarakənd" terroru ilə "Qaraheybət" hadisəsini eyniləşdirmək olmaz - DEPUTAT
30 noyabr vertolyot qəzası ilə bağlı hadisədən dərhal sonra yaranan 5 saatlıq informasiya vakuumunda dövriyyəyə atılan müxtəlif təxribatçı versiyalar təəssüf ki, bu gün də davam edir.

Anews.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.


" 1991-ci ilin Qarakənd terroru, Xocalı və Daşaltı əməliyyatları qanlı hadisələr olsa da 30 noyabr tarixli qəza ilə eyniləşdirilə bilməz. Çünki 30 noyabrda şəhid olanlar bir il əvvəl məhz həmin texnikalarla düşmənə öldürücü zərbələr vurublar və vertolyot sindromu, noyabr, Qarakənd, Qaraheybət faciə zənciri düzəltməyə ehtiyac yoxdur. 8 noyabr Səlnaməsi bütün tarixlərdə Zəfər ayı olaraq qalacaq və millətimizin taleyində nə baş versə də onun tarixi əhəmiyyəti dəyişməyəcək. Nəhayət, qəzadan sağ-salamat çıxan hərbçilərin yarğılanması, onların şok altında müsahibələrini şübhə ilə qarşılayanların halına acıyırıq.Ona görə də 10 noyabrla, 20 və 30 noyabrı paralelləşdirənlərin məqsədləri bəllidir. Belələrinin beyni "26 sentyabr”da qalıb. Ona görə də inanırıq ki, açıq informasiya siyasəti, ədalətli məhkəmə bütün təxribatçı rəy və ehtimallara aydınlıq gətirəcək, hərbi vertolyotlarımız daim qələbə uçuşlarını davam etdirəcəklər!", deyə Zahid Oruc bildiribş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi