Paşinyanın müavinindən dəhliz açıqlaması
İrəvan və Bakı Ermənistanın Türkiyə ilə sərhədində yerləşən Ararat şəhəri yaxınlığındakı Yerasx stansiyasından Naxçıvan Muxtar Respublikasından keçməklə Azərbaycanın İranla sərhəddə yerləşən Horadiz şəhərinə gedən dəmir yolu marşrutunun açılması istiqamətində danışıqlar aparır.
“Ölkə.Az” “ regnum”a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan deputatların sualını cavblandırarkən deyib.
"Bu marşrut Ermənistana həm İran, həm də Gürcüstan dəmir yolu ilə əlaqə saxlamağa imkan verəcək", - Qriqoryan bildirib.
O əlavə edib ki, işçi qrup danışıqları yalnız Moskva, İrəvan və Bakı arasında üçtərəfli razılaşmalara uyğun formada aparır.
Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına başlamağa hazır olduğunu bəyan edib. O, həmçinin bildirib ki, Ermənistan tərəfi regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların bağlanmasında maraqlıdır.