azia.az
azia.az

Paşinyan: Azərbaycanla dəmir yollarının açılmasın müzakirə edirik

8-09-2021, 13:07

Paşinyan: Azərbaycanla dəmir yollarının açılmasın müzakirə edirik
Azia.az erməni telgram kanallarına istinadən xəbər verir ki. Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasın keçirib.

Məlumata görə, Nikol Paşinyan keçirdiyi iclasda kommunikasiyaların yenidən açılması ilə bağlı fikirlərini bildirməkləhökumət iclasına başlayıb. O, əvvəlcə İranla Ermənistan arasında sərhədləri Gürcüstanla sərhəddinə bağlayan “Şimal-Cənub” layihəsini güclü şəkildə dəstəklədiyini qeyd edib.Sonra İran və Rusiya ilə dəmir yolu əlaqəsi qurmağın çox vacib olduğunu vurğulayıb.

“Bu problemi həll etmək üçün Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli dəmir yolunun yenidən açılması məsələsini müzakirə edirik. Burada, konkret nəticələr əldə etmək üçün səy göstərmək əzmindəyik, əlbəttə ki, Azərbaycanın da öz qərb bölgələri arasında “Naxçıvan” arasında əlaqə alacağını gözlədiyini anlayırıq. ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh zonası prosesini bərpa etməyə hazır olduğumuzu bildirməmək olmaz”-deyən Paşinyan əlavə edib ki,hökumətin iclasının gündəliyinə Azərbaycanla sərhəddə demarkasiya məsələsini də əlavə edir: “Bunun üçün lazımi şəraitin yaradılması üçün işimizi davam etdiririk”.Paşinyan iclasda əsirlərin geri qaytarılması prosesini başa çatdıracağına ümid etdiyini bildirib.Nikol Paşinyan Türkiyə ilə münasibətlərə də toxunub və qeyd edib ki, Türkiyə prezidenti Ermənistanla münasibətlər məsələsinə açıq şəkildə istinad edib.Baş nazir əlavə edib ki,bu açıqlamaların altında, Ermənistan-Türkiyə dəmir yolunun yenidən açılmasından danışmaq olar və o Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının mümkünlüyünü görür.” Və biz yuxarıda təsvir olunan fonda daha geniş kontekst götürə biləcək söhbətə hazırıq. Ümumiyyətlə, bölgəmizi şərqlə qərb arasındakı kəsişməyə çevirməkdən danışırıq”. Paşinyan iclasda çıxışı zamanı əlavə edib ki, Rusiya bu prosesi açıq şəkildə dəstəkləməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi