Azərbaycan və Ermənistan razılığa gələ bilmirlər
Cənubi Qafqaz regionunda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələləri üzrə üçtərəfli işçi qrupu bir sıra məsələlərdə hələ də ortaq nəticəyə gəlməyib. Bu barədə “Azadlıq” radiosunun erməni xidmətinin efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Qriqoryan əlavə edib ki, iş davam edir, yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin növbəti görüşü baş tutacaq. İrəliləyiş olarsa, ictimaiyyətə məlumat veriləcək.
Çərşənbə günü, dekabrın 1-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupunun iclası keçirilib. Bu, noyabrın 26-da Soçidə üç ölkə liderinin bəyanat imzalamasından sonra baş verib.
Ermənistan hökuməti baş nazirinin müavininin mətbuat xidmətinin məlumatına görə, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə işçi qrupu yaxın günlərdə regional kommunikasiyaların açılması üzərində işini davam etdirəcək: “Müəssisənin iclası Üçtərəfli işçi qrupu ... önümüzdəki günlərdə davam edəcək. Nəticələrdən yalnız görüş bitdikdən sonra danışmaq olar."
Qeyd olunur ki, "görüş bir gün əvvəl başlayıb, lakin yekunlaşmayıb. Hazırda görüşün vaxtı və yeri ilə bağlı dəqiq məlumat yoxdur".