Rusiya XİN Qarabağla bağlı BƏYANAT YAYDI
Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması haqda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunan razılaşmalar ümumilikdə icra olunur.
Azia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in üçətərəfli razılaşmanın ildönümü ilə əlaqədar bəyanatında deyilir.
“Bu gün deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir”, - sənəddə qeyd olunub.
XİN bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək edəcək:
“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək edəcək, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsinə dair geniş spektrli məsələlər üzrə bütün səviyyələrdə təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcəyik. Həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq.
Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”. Hit.az