azia.az
azia.az

"Rus ordusunun Azərbaycan ərazisində, Xocalıda ucaltdığı bu heykəlin bir mənası var guya Rus əsgəri vəhşi ordumuzdan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir"

12-11-2021, 09:18


"Rus ordusunun Azərbaycan ərazisində, Xocalıda ucaltdığı bu heykəlin bir mənası var guya Rus əsgəri vəhşi ordumuzdan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir"
Arif Hacılı: “Əndazəsiz həqarətə görə Azərbaycan xalqından üzr istənilməsi Rusiya hərbi-siyasi rəhbərliyindən rəsmən tələb edilməlidir”
"Rus ordusunun Azərbaycan ərazisində, Xocalıda ucaltdığı bu heykəlin bir mənası var guya Rus əsgəri vəhşi ordumuzdan və qaniçən xalqımızdan məsum erməni körpəsini xilas edir" Arif Hacılı
Pravda.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.
"Xocalıda 63-ü uşaq, 106-sı qadın olmaqla azı 613 nəfər dinc sakinin qətlə yetirilməsində 366-cı motoatıcı diviziyası ilə birbaşa iştirak edən rus ordusunun Qarabağa, həmçinin Xocalıya "sülhməramlı" adı ilə dəvət edilməsinin başqa nəticəsi də ola bilməzdi. Ordumuza və xalqımıza qarşı təhqir olan bu abidə dərhal götürülməli, yol verilən əndazəsiz həqarətə görə Azərbaycan xalqından üzr istənilməsi Rusiya hərbi-siyasi rəhbərliyindən rəsmən tələb edilməlidir" - Arif Hacılı bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi