Erməni separatçılardan Bakıya GÖZLƏNİLMƏZ TƏKLİF: Şuşada qalan... - Sülhməramlılar vasitəçi oldu
Xankəndidəki ermənilər Azərbaycan rəsmlərinin Şuşadakı muzeydə saxlanılan erməni, rus və fransız rəssamlarına məxsus əsərlərlə dəyişdirilməsini təklif edib.
Azia.az xəbər verir ki, separatçı-terrorçuların nümayəndəsi Lusine Qaraxanyan deyib.
“Birinci Qarabağ müharibəsindən sonra 40-a yaxın azərbaycanlı rəssamın əsəri erməni tərəfində qalıb. İndi biz onları özümüzkülərlə dəyişdirməyi təklif etmişik, hələlik cavab almamışıq”, - Qaraxanyan bildirib.
Rəsmi Bakıya bu təklif Rusiya sülhməramlıları vasitəsilə edilib.
Qeyd edək ki, Azərbaycanın bu “təklifə” reaksiya verəcəyi gözlənilmir. Çünki Xankəndidəki separatçı-terrorçular “tərəf” deyil və Azərbaycan torpağındakı muzeylərdə saxlanılan hər şey Azərbaycanın əmlakıdır.