azia.az
azia.az

Qarabağ döyüşünü peykdən izləyiblər: Görüntüləri "satmaq" istəyirlər - BÖYÜK OYUN

3-09-2021, 13:24

Qarabağ döyüşünü peykdən izləyiblər: Görüntüləri "satmaq" istəyirlər - BÖYÜK OYUN
Kosmosda süni peyki olan ölkələrdən birinin nümayəndələri erməni müxalifətinin bəzi dairələri ilə əlaqə saxlayaraq əllərində olan Ermənistanla əlaqəli video materiallar təklif ediblər.

Azia.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qeyd olunur ki, video materiallar arasında 44 günlük müharibənin video çəkilişləri də var. Məlumata görə, kadrlara baxmaqla Azərbaycanın Ermənistanın necə məğlub etməsinə dair aydın təsəvvür yarana bilər.

Erməni mediası vurğulayır ki, erməni müxalifətinin bu təklifə necə cavab verdiklərini öyrənə bilməyib.

Qeyd edək ki, erməni müxalifətinə ən yaxın ölkə Rusiya sayıla bilər. İndi Ermənistanda parlamentə daxil olan Köçəryan və Sərkisyan əslində Rusiyanın “adamları” sayılır və onların sayəsində bir zamanlar layiq olmadıqları postlara-Ermənistan prezidenti vəzifəsinə gətiriliblər. İndi bu təklif haqda deyilənlər ciddidirsə, deməli hədəf Nikol Paşinyana qarşı hansısa tələlərin qurulmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi