azia.az
azia.az

Rəsmi Bakı 5 erməni diversantın qarşılığında nələr tələb edib? - AÇIQLAMA

20-10-2021, 15:48

Rəsmi Bakı 5 erməni diversantın qarşılığında nələr tələb edib? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan daha 5 erməni diversantı qarşı tərəfə təhvil verib. Ambardanyan Mels Karapetoviç, Karapetyan Rafik Robertoviç, Manukyan Jora Vanoeviç, Manukyan Ovsep Robertoviç, Soqomonyan Sedrak Samveloviç Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin sabiq komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə İrəvana çatdırılıblar.

Maraqlıdır, rəsmi Bakı 5 erməni qarşılığında nələr tələb edə bilər?

Bununla bağlı politoloq Teymur Qasımlı Sfera.az-a açıqlamasında xatırladıb ki, həm ATƏT-in Minsk qrupu, həm Avropa Şurası, eləcə də ABŞ və digərləri əsirlərin geri qaytarılması ilə bağlı bizə çox təzyiqlər edirdilər:

"Düşünürəm ki, son zamanlar aparılan pərdəarxası diplomatiya – həm Nyu-Yorkda ATƏT-in Minsk qrupunun nümayəndələri ilə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, o cümlədən Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın görüşü, daha sonra Minskdə baş verən görüşmələrin nəticəsi olaraq, biz 5 erməni əsirini geri qaytarmışıq. Görünən budur ki, vasitəçiliyi də Rusiya edib. Sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov əsirləri aparıb. Əvəzində fikrimcə, mina xəritələrinin qaytarılmasını yenidən istəyə bilərik”.


Müsahibimiz qeyd edib ki, rəsmi Bakı Ermənistan silahlı qüvvələrinə məxsus, həmçinin Qarabağda olan qeyri-qanuni silahlı birləşmələrin çıxırılmasını tələb edə bilər:

"Eyni zamanda sərhəd məsələsi və digər məsələlər, o cümlədən Zəngəzur dəhlizi ətrafında da hansısa kompramisin olması üçün addımlar atıla bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi