azia.az
azia.az

Generaldan Ermənistana sərt xəbərdarlıq: "Bizimkilər onları elə "mələdəcək" ki..."

11-02-2021, 13:14

Generaldan Ermənistana sərt xəbərdarlıq: "Bizimkilər onları elə "mələdəcək" ki..."

Azərbaycan və Ermənistan arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov deyib ki, təyyarə ilə bir əsir Ermənistandan Bakıya, beş əsir isə Azərbaycandan İrəvana çatdırılıb. Hələlik İrəvana verilən, yaxud Bakıya qaytarılan əsirlərin şəxsiyyəti barədə rəsmi məlumat verilməyib. Ancaq əsirlərin mübadiləsindəki say uyğunsuzluğu diqqət çəkir. Xatırladaq ki, zəfərdən sonra Azərbaycan erməni tərəfə 44 əsir və girov qaytarıb, əvəzində 14 nəfəri geri alıb. Son halda da birin beşə nisbəti qeydə alındı. Bu məsələ ermənilər arasında da diskussiya mövzusuna çevrilib. Erməni politoloq Tevan Poqosyanın sözlərinə görə, son əsir mübadiləsi ona görə baş tutdu ki, Azərbaycan üçün bir Azərbaycan əsgəri ən az 5 erməni hərbçisinə bərabərdir.

Erməni də olsa, müəyyən qədər haqlıdır. Əslində bir Azərbaycan əsgəri bütöv erməni ordusundan da üstündür bizimçün. Bu mövzuda ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovla danışdıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi