azia.az
azia.az

Blokdan çıxarıldıqdan sonra Gorus-Qafan yolunda son vəziyyət necədir? – Erməni tərəfi AÇIQLADI

28-08-2021, 20:22

Blokdan çıxarıldıqdan sonra Gorus-Qafan yolunda son vəziyyət necədir? – Erməni tərəfi AÇIQLADI
Ermənistanın Şurnux kəndinin başçısı Akop Arşakyan Gorus-Qafan yolunun blokdan çıxarılmasından sonrakı vəziyyəti açıqlayıb.

Azia.az erməni mətbuatına istinadən xəbər verir ki, Arşakyan sözügedən yolun yaxınlığında Ermənistan-Rusiya sərhəd zastavasının yaradılması məsələsi müzakirə olunur.

Arşakyan yolun hazırda işlədiyini, lakin maneələr qurulduğu üçün bəzi çətinliklərin olduğunu deyib.

Arşakyan onu da bildirib ki, hazırda eyni yolda yerləşən Qafanın Nor Araçadzor kəndi yaxınlığında da Ermənistan-Rusiya sərhəd postunun yerləşdirilməsi məsələsi müzakirə olunur.

Lakin Arşakyanın post qurulması məsələsində kənd sakinlərini aldatdığı açıq-aşkar hiss olunur. Çünki məhz erməni mətbuatı sözügedən ərazilərdə Arşakyanın dediyi kimi Ermənistan-Rusiya deyil, Rusiya-Azərbaycan sərhəd postunun qurulacağı haqda məlumat dərc etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi